Modern.az

Xamneyi xalqa müraciət etdi

Xamneyi xalqa müraciət etdi

21 Mart 2021, 12:19

İranın Ali Rəhbəri Ayətullah Əli Xameneyi yeni il münasibətilə xalqa müraciət üdib.

 

Modern.az xəbər verir ki, Ali Rəhbər 1399-cu ilin İran üçün çətin olduğunu, lakin 1400-cu ilə uğurla qədəm qoyduğunu bildirib. (hicri-qəməri tarixi ilə) O nəzərə çatdırıb ki, ötən il koronovirus pandemiyası iqtisadiyyata və ictimai həyata ağır zərbələr vurdu. Buna baxmayaraq, İran xalqı bu gözəgörünməz düşmən ilə layiqli mübarizə apardı. Bu gün yoluxma və ölüm hallarının kifayət qədər azalması İranın fədakar həkimlərinin əsas xidmətlərindən biridir.

 

Ali Rəhbər hökumətin işinə tənqidi yanaşaraq bildirib ki, ötən il iqtisadi inkişaf üçün istehsalda sıçrayış edilməsi nəzərdə tutulmuş, bunun üçün proqram hazırlanmışdır. Lakin bu proqramın yalnız 40 faizi həyata keçirildi. İrana qarşı tətbiq edilən ədalətsiz sanksiyaların nəticələrini aradan qaldırmaq məqsədilə reallaşdırılacaq “İstehsalda sıçrayış” proqramı əhalinin sosial vəziyyətini daha da yaxşılaşdırmalı idi. Lakin proqramın tam potensialı ilə həyata keçirilməməsi iqtisadi problemlərin meydana çıxmasına səbəb oldu.

 

Ali Rəhbər cari ildə “İstehsalda sıçrayış” proqramına dəstək verilməsinin zəruri olduğunu qeyd etdi.

 

Ali Rəhbər koronovirusdan ölənlərin və şəhidlərin ailələrinə başsağlığı verdi, İran xalqına sülh və əmin- amanlıq dilədi.

 

Prezident Həsən Ruhani də yeni il münasibəti ilə xalqa müraciət edib. O bildirib ki, İran xalqı iqtisadi sanksiyalara sinə gərərək çətinliklərin öhdəsindən gəlib. Məhz xalqın iradəsi düşmənlərin məğlubiyyətinə səbəb olub. Prezident onu da qeyd edib ki, BMT-nin Haaqa ədalət məhkəməsi İranın lehinə qərar çıxararaq ABŞ-da sanksiyaların aradan qaldırılmasını tələb edib. Onun fikrincə 1400-cü il İran xalqı üçün uğurlu olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir