Modern.az

Azərbaycanlı tələbələr təhsil məqsədilə Rusiyaya gedə biləcəklər

Azərbaycanlı tələbələr təhsil məqsədilə Rusiyaya gedə biləcəklər

21 Mart 2021, 15:46
Rusiyanın Təhsil və Elm Nazirliyi Azərbaycandan olan tələbələrin bu ölkəyə qayıtmasına icazə verib.
 

Modern.az xəbər verir ki, bununla bağlı yerli KİV məlumat yayıb.

Müvafiq qərara əsasən, Azərbaycan da epidemioloji cəhətdən təhlükəsiz ölkələrdən hesab edilib.
 

Qeyd edək ki, azərbaycanlı tələbələrlə yanaşı, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Türkiyə və bir sıra digər ölkələrin vətəndaşları da təhsil almaq və ya təhsillərini davam etdirmək üçün Rusiyaya daxil ola biləcəklər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?