Modern.az

Çin peyvəndi vurduran Pakistanın Baş naziri koronavirusa YOLUXDU

Çin peyvəndi vurduran Pakistanın Baş naziri koronavirusa YOLUXDU

21 Mart 2021, 22:01

Pakistanın Baş naziri İmran Xan koronavirusa yoluxub.

 

Modern.az xəbər verir ki, bu barədə Baş nazirin köməkçisi Feysəl Sultan özünün tvitter səhifəsində məlumat verib.

 

O, qeyd edib ki, İmran Xanın COVID-19 testinin cavabı pozitiv çıxıb və Baş nazir özünü təcrid edib.

 

Xatırladaq ki, martın 18-də Pakistanın hökumət başçısı Çinin “Sinopharm” şirkətinin istehsalı olan koronavirusa qarşı vaksinlə peyvənd olunub.

 

Ölkənin Səhiyyə Nazirliyi bəyan edib ki, peyvənd dərhal təsir etmir. Onun orqanizmdə virusa qarşı immunitet yaratması üçün bir neçə həftə lazımdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı