Modern.az

Prezidentliyə namizəd seçki günü koronavirusdan öldü

Prezidentliyə namizəd seçki günü koronavirusdan öldü

Dünya

23 Mart 2021, 01:00

Konqo Respublikasında prezidentliyə namizəd Qay Brays Parfayt Kolelas seçki günü vəfat edib.

 

Modern.az xəbər verir ki, COVID-19-a yoluxan və ağır vəziyyətdə olan 61 yaşlı siyasətçi Fransada müalicəyə yollandığı təyyarədə keçinib.

 

Seçkilərdən iki gün əvvəl xəstəxanada seçicilərə müraciət edən Kolelas ölümlə mübarizə apardığını söyləmişdi. O, vətəndaşları bazar günü keçiriləcək səsvermədə fəal iştiraka çağırmışdı. Konqo Respublikasının Mərkəzi Seçki Komissiyası bəyan edib ki, seçki məcəlləsində namizədlərdən birinin vəfatı ilə əlaqədar səsvermənin nəticələrinin ləğvi barədə maddə yoxdur.

 

Konqo Respublikasında prezident seçkilərində 6 namizəd, o cümlədən 77 yaşlı hazırkı dövlət başçısı Denis Nquesso iştirak edirdilər.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?