Modern.az

Bakıda Pakistanın Milli Bayramı qeyd olundu

Bakıda Pakistanın Milli Bayramı qeyd olundu

Aktual

23 Mart 2021, 12:13

Pakistanlın Azərbaycandakı səfirliyində Pakistan Günü münasibətilə rəsmi tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, səfir Bilal Haye çıxışı zamanı 1947-ci ildə Britaniya Hindistanı müsəlmanlarının təyini-müqəddərat hüququnun həyata keçirilməsi nəticəsində Pakistan dövlətinin yaradıldığını diqqətə çatdırıb.

 

Səfir həmçinin milli bayram münasibətilə Pakistan prezidenti, baş naziri, xarici işlər nazirinin müraciətlərini oxuyub.

 

Səfirlik əməkdaşlarının və pakistanlı icması nümayəndələrinin iştirakı ilə Pakistanın dövlət bayrağı təntənəli şəkildə qaldırılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə