Modern.az

Daha bir ölkədə koronavirusun Britaniya ştammı aşkarlandı

Daha bir ölkədə koronavirusun Britaniya ştammı aşkarlandı

Aktual

23 Mart 2021, 16:47

Moldovada COVID-19 virusunun Britaniya ştammı aşkarlanıb.

 

Modern.az xəbər verir ki, Moldova Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, 23 nəfərdən götürülən analiz Almaniya laboratoriyasına göndərilib. Onlardan 11-də Britaniya ştammı aşkarlanıb.

 

Həmin şəxslər Böyük Britaniyadan Moldovaya gələn yerli və xarici vətəndaşlardır.

 

Qeyd edək ki, Moldovada sərt karantin rejimi tətbiq edilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə