Modern.az

Ermənistanda koronavirusdan ölənlərin sayı 3398-ə çatıb 

Ermənistanda koronavirusdan ölənlərin sayı 3398-ə çatıb 

Aktual

24 Mart 2021, 10:52

Ermənistanda son sutkada daha 11 64 nəfər COVID-19-a yoluxub.

 

Modern.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

 

Bununla da Ermənistanda virusa yoluxanların sayı 186 184-ə çatıb.

 

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 14 nəfər artaraq 3 398-ə yüksəlib.

 

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 865 nəfərdir. İndiyədək 169 485 pasiyent infeksiyadan sağalıb.

 

Hazırda ölkədə 12 436 aktiv koronavirus xəstəsi var.

 
Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə