Modern.az

Blinken Qərbə təhdid yaradan ölkələrin adını açıqladı

Blinken Qərbə təhdid yaradan ölkələrin adını açıqladı

Dünya

24 Mart 2021, 22:40

Rusiya, Çin, İran və Şimali Koreya Qərb üçün hərbi təhdid yaradır.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu fikri ABŞ dövlət katibi Entoni Blinken NATO-nun Brüsseldəki mənzil-qərargahında Vaşinqtonun xarici alyansları və əməkdaşlıqları haqqında çıxış edərkən səsləndirib.

 

O, çıxışına Qərb ölkələrinin “bu gün üzləşdiyi ən aktual təhlükələrlə başladı”: “Mənim fikrimcə, üç kateqoriya mövcuddur. Birincisi – digər ölkələr tərəfindən olan hərbi təhdidlərdir”.

ABŞ diplomatiyasının rəhbəri bu siyahıya Rusiya, Çin, İran və KXDR-i daxil edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir