Modern.az

ABŞ hökuməti “Bayden-Harris administrasiyası” adlana bilər

ABŞ hökuməti “Bayden-Harris administrasiyası” adlana bilər

24 Mart 2021, 23:05

Ağ Ev ABŞ hökumətini rəsmi olaraq “Bayden-Harris administrasiyası” adlandırmağı tələb edib.

 

Modern.az “İzvestiya”ya istinadla xəbər verir ki, bu barədə “Fox News” telekanalının efirində aparıcı Taker Karlson məlumat verib. O, qeyd edib ki, ölkə tarixində analoji qərar heç vaxt olmayıb və bu, prezidentin hakimiyyəti vitse-prezidentlə bölmək niyyətini nümayiş etdirir.

 

“Belə olan halda sual yaranır. Dövləti həqiqətən kim idarə edir? Sükanın arxasından kimdir?”, - deyə teleaparıcı bildirib.

 

Xatırladaq ki, bir qədər əvvəl Co Bayden səhvən Kamalla Harrisi prezident adlandırıb. Bəzi analitiklər bunu ölkədəki mümkün hakimiyyət dəyişikliyinə işarə kimi qiymətləndiriblər.  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir