Modern.az

Köçəryanla Sarkisyan dil tapa bilmir - Erməni müxalifətində FİKİR AYRILIĞI

Köçəryanla Sarkisyan dil tapa bilmir - Erməni müxalifətində FİKİR AYRILIĞI

Dünya

25 Mart 2021, 12:33

Ermənistanda müxalifəti birləşdirən “Vətənin xilası naminə hərəkatı”n üzvləri arasında fikir ayrılıqları yaranıb.

Modern.az-ın məlumatına görə, müxalifətdəki fikir ayrılırları baş nazir Nikol Paşinyanın son günlər etdiyi gedişlərdən sonra xüsisilə artıb.

“Jogovurd” qəzetinin yazdığına görə, hətta müxalifətdə təmsil olunan “Qarabağ klanı”nın liderləri – eks-prezidentlər Robert Koçaryan və Serj Sarkisyan da öz aralarında dil dapa bilmirlər.

Belə ki, müxalifətin son toplantılarının birində Koçaryan növbədənkənar seçkilər zamanı məntəqələrə getməyin vacibliyini söyləyib, lakin Serj Sarkisyan bunu qəti şəkildə rədd edib.

Məlumatda bildirlir ki. Koçaryan küçə mübarizəsinin davam etməli olduğunu deyir, Sarkisyan bunun təsirsiz olduğunu vurğulayır.

Müxalifətin baş nazirliyə vahid namizədi Vazgen Manukyana isə ümumi inamsızlıq var.

Bu inamsızlıq onun müxalifət liderlərilə ayrı-ayrlıqda qapalı görüş keçirməsindən sonra daha da artıb.

Məlumatlara görə, müxalifət liderləri arasında digər fikir ayrılığı növbədənkənar seçkilərə hansısa ittifaqda birləşərək getməklə də bağlı yaranıb.

Bu arada müxalifət liderlərindən "Çiçəklənən Ermənistan" (PAP) partiyasının lideri, milyarder Gagik Tsarukyan seçkilərə heç bir ittifaqda olmadan tək gedəcəyini bildirib.

"Vətən" partiyasının lideri Artur Vanetsyan hələ də düşünür.



A.Qorxmaz 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?