Modern.az

Avropa İttifaqından Türkiyə QƏRARI

Avropa İttifaqından Türkiyə QƏRARI

Dünya

25 Mart 2021, 23:18

Avropa İttifaqı Sammitində iştirak edən birlik ölkələrin liderləri Türkiyə ilə siyasi və iqtisadi dialoqu gücləndirməklə bağlı qərar qəbul edib.

 

Modern.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, liderlər Gömrük Birliyini yeniləmək işini dəstəkləyir və tətbiqetmədə çətinliklərlə əlaqədar Türkiyə ilə danışıqların intensivləşdirilməsini istəyiblər.

 

Bundan başqa rəhbərlər Türkiyə ilə qarşılıqlı maraq doğuran sahələrdə yüksək səviyyəli dialoqa hazır olduqlarını bildiriblər. Avropa Komissiyasına Türkiyə ilə iqtisadi əməkdaşlığın inkişafı, xalqlar arasında əlaqə quraraq səyahət mövzularında araşdırma aparılması istənilib.

 

Quruma üzv dövlətlərin liderləri miqrasiya idarəçiliyi mövzusunda Türkiyə ilə əlaqələrin gücləndirilməsinin lazım olduğunu da bildiriblər

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır