Arxiv
3 Fervral 2010, 12:44 | PARLAMENT
Parlament jurnalistləri Anar Məmmədxanovu necə xarakterizə edirlər?

Milli Məclisdə akkreditə olunan jurnalistlər deputatların şəxsi keyfiyyətləri barədə nə düşünür, onları ayrı-ayrılıqda necə xarakterizə edirlər? Modern.az saytı parlament jurnalistlərinə “Bu deputatı necə xarakterizə edərdiniz?” sualı ilə müraciət etməklə KİV nümayəndələrinin Milli Məclisin bütün üzvləri barədə rəylərini öyrənir. Həmkarlarımız bu dəfə deputat Anar Məmədxanov barədə fikirlərini bildirirlər. Beləliklə, bu deputatı necə xarakterizə edərdiniz? “Ayna” qəzetinin əməkdaşı Fərəh Sabirqızı: “Son vaxtlar nədənsə parlamentdə görünmür. Amma əvvəllər çox aktiv idi. İndi tamamilə dəyişib. Deyəsən Day.az-dan sonra belə oldu. Xaraktercə isə normal adamdı”.

 

“Media forum”un parlament müxbiri İmdad Əlizadə: “Deputat kimi öz fəaliyyətini özü müsahibəsində qiymətləndirib. Deyib ki, parlamentdə olduğu zamanı itirilmiş vaxt hesab edir. Amma vaxtilə çox aktiv millət vəkili idi. Təklifləri ümumən bütün cəmiyyətdə müzakirə olunardı. İndi onu nə plenar, nə də komitə  iclaslarında görmək mümkündür. Jurnalistlərə vaxtilə çox yaxın olub. Amma indi bu da yoxdu. Mədəni insandı, mediadan da yaxçı məlumatlı, baş çıxaran deputatdı”.

 

“Yeni Azərbaycan” qəzetinin əməkdaşı Nardar Bayramlı: “Azərbaycanda tanınmış adamdı. Fəaliyyəti müsbətdi, xaraktercə də yaxşı insandı. Əksər jurnalistlə yaxşı əlaqəsi var. Son zamanlar parlamentdə az göründüyündən jurnalistlərlə əlaqəsi də zəifləyib”.

 

“Trend” Agentliyinin əməkdaşı Azər Hüseynbala: “Onun fəaliyyəti barədə heç bir məlumatım yoxdu. Xarakteri müsbətdir. Jurnalistlərlə əvvəllər yaxşı münasibətdə idi. İndi də problem görmürəm. Ola bilsin ki, seçicilərinə kömək edir, amma deputat kimi onun fəaliyyəti mənə məlum deyil”. 

“Hürriyyət” qəzetinin əməkdaşı Zülfüqar Hüseynzadə: “Soyuq, münasibətdən qaçan adamdı”.

 

“Xəbərlər-Azərbaycan” İnformasiya Agentliyinin əməkdaşı Mürtəza Bünyadov: “Anar Məmmədxanov bir vaxtlar çox aktiv idi. Nədənsə son bir neçə ildə kölgəyə çəkilib. Səbəbinin nə ilə bağlı olduğunu deyə bilmərəm. Amma vaxtilə çox maraqlı təklifləri ilə yadda qalardı. Jurnalistlərlə münasibətləri yaxşı olub. Mən Anar müəllimi elə KVN-şik kimi tanımaq istəyirəm”.

APA-nın əməkdaşı Elburus Seyfullayev: “Anar müəllimlə müsahibə almaq ərəfəsindəyəm. Maraqlı təklifləri olur. Azərbaycan cəmiyyətində də maraqlı adam kimi tanınır. Nəsə son vaxtlat o, tamamilə kənara çəkilib. Müsahibə götürsəm bunun səbələrini ondan soruşaçağam. Jurnalistlərlə normal münasibətdə idi. Amma son vaxtlar bu məsələdə problem var. Müsahibə ala bilmirik. Mediadan, xüsusilə də internet portalı yaratmaq məsələsini yaxşı bilir. Ümumiyyətlə isə müsbət adamdı”.

AzərTAc-ın əməkdaşı Xətayi Əzizov: “Siyasət adamı deyil”.

 

“Ekspress” qəzetinin parlament müxbiri Aqil Aslan: “Gülərüz deputatdı. Amma son vaxtlar onu görə bilmirik. Jurnalistlərə münasibəti yaxşıdı. Ancaq “Şən və hazırcavablar” Klubunda olsaydı, daha yaxşı olardı.

 

“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy: “Şən və hazırcavab adam kimi tanınırdı. Amma son vaxtlar bundan bir əsər, əlamət yoxdur. Deyəsən azadlıqıları xeyli məhdudulaşdırılıb. Deputat kimi fəaliyyətindən danışmağa dəyməz. Bəlkə də mənim jurnalist kimi zəifliyimdi ki, onun fəaliyyəti barədə məlumatım yoxdu. İnsan olaraq onu normal qiymətləndirirəm. Vaxt var idi Anar müəllim bütün dünyanı güldürərdi, ovundurardı, indi isə tamam başqa cürdür. Heç özünü də gülən görmürük. Nəsə bir krizə düşdüyü də hiss olunur”.

 

Modern.az saytının əməkdaşı Elşad Eyvazlı: “Jurnalistlərə münasibəti hər zaman yaxşı olub. Xarakteri də digər deputatlarla müqayisədə çox yaxşıdır. Son vaxtlar isə onu heç görə bilmirik. Məncə, o, dövrlə ayaqlaşa bilmədi”.

 

“Olaylar” qəzetinin əməkdaşı Alim Hüseynli: “Perspektivli gənc olsa da, bundan istifadə edə bilmədi. KVN-də daha böyük idi, nəinki parlamentdə. Qarabag məsələsi ilə bağlı daim milli təəssübkeşlikdən çıxış edib, yaddaşlarda qalıb. Bu məsələdə hər zaman yanğı ilə danışıb”.

 

“Kaspi” qəzetinin əməkdaşı İlham Quliyev: “Hər bir deputata 2 rakursdan baxmaq olar. Anar müəllim çıxış edəndə mütləq yeni nəsə deyib. Amma son zamanlar heç görünmür, həvəsli deyl. Görünür deputatlıqdan yorulub”. 

“Azərbaycan” qəzetinin parlament müxbiri Rəşad Cəfərov: “Normal deputatdı, yüksək intellektə malikdir. Azərbaycanı yaxşı təmsil edir”.

 

“Şərq” qəzetinin əməkdaşı Rəşad Baxşəliyev: “Yaxşı adamdı. Bizim qəzetin suallarını hər zaman cavablandırır”.

 

“525-ci qəzet”in əməkdaşı Kamil Həmzəoğlu: “Kifayət qədər vətənpərvər, xalqını sevən deputatdır. Onun daha çox fəallığını 1995-2000-ci illərdə görmüşük. Heç olmasa, bu Milli Məclisin son sessiyasında onu fəal görmək istərdik”. Modern.az

 
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
5 general istefa verdi 25 Avqust 2019, 17:43 Putin G7 sammitinə gedir 25 Avqust 2019, 17:20 Türkiyə 3 şəhid verdi 25 Avqust 2019, 16:41 Azərbaycan hansı ölkələrə polipropilen və polietilen ixrac edir? - SİYAHI 25 Avqust 2019, 16:10 Homoseksualizmi yayan böyük GÜCLƏR - Onlar gəncləri necə tora salırlar... 25 Avqust 2019, 15:54 Bakıda 50 ədəd kömür kisəsi yanıb   25 Avqust 2019, 15:51 Güclü dolu və leysan yağış Daşkəsəndə fəsadlar yaradıb   25 Avqust 2019, 15:39 Mehriban Əliyevanın təşəbbüsü ilə şəhid ailəsinə ev verildi - FOTO 25 Avqust 2019, 15:20 Bakıda uşaq bağçası yandı 25 Avqust 2019, 15:00 İki minik avtomobili toqquşub, xəsarət alanlar var 25 Avqust 2019, 14:40 Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti Azərbaycan xalqı, xüsusilə də gənclər tərəfindən böyük rəğbətlə qarşılanır   25 Avqust 2019, 14:31 Neçə nəfər Azərbaycanın "qara siyahı"sına düşüb? 25 Avqust 2019, 14:14 Həftənin ilk iş gününün havası  - Şimşək çaxacaq, yağış yağacaq 25 Avqust 2019, 14:00 Bu gün mənim ad günümdür - İstedadlı aktrisa Vəfa FƏTULLAYEVA haqqında 25 Avqust 2019, 13:43 Azərbaycanda yas mərasimində ev uçdu: yaralılar var 25 Avqust 2019, 13:14 Məşhur kinorejissorun İNTİHARI - Şövkət Ələkbərovanın əri özünü niyə güllələyib... 25 Avqust 2019, 13:01 Ova gedən şəxs birlikdə getdiyi dostunu güllələdi 25 Avqust 2019, 12:40 Naxçıvan Qarnizonunda komanda-qərargah təlimi keçirilib - VİDEO 25 Avqust 2019, 12:23 Biz mütləq qayıdacağıq!!! - Bahar Muradova 25 Avqust 2019, 12:00 Məşhurların övladları: Qabil Hüseynlinin musiqiçi qızı - Mətin pilotun xanımı - DOSYE 25 Avqust 2019, 11:37 ABŞ-da sualtı kitabxana açılıb   25 Avqust 2019, 11:19 Ən təhlükəli qan qrupu açıqlandı 25 Avqust 2019, 11:00 “Hər şeydən bezib yorulmuşdum” - Atasını bıçaqlayan 19 yaşlı Günelin dramı 25 Avqust 2019, 10:47 Oğuzda dağlıq ərazidə meşə yanır - 2 helikopter və təyyarə cəlb edilib   25 Avqust 2019, 10:30 Hacıların sonuncu qrupu bu gün vətənə dönür 25 Avqust 2019, 10:13 Yol polisi sürücülərə və sərnişinlərə sərin su payladı - FOTO 25 Avqust 2019, 10:00 Qubadakı yanğın məhdudlaşdırıldı 25 Avqust 2019, 09:45 Mövqelərimiz atəşə tutuldu 25 Avqust 2019, 09:30 Şəkidə baş vermiş yanğınlar 300 hektara yaxın ərazini əhatə edib   25 Avqust 2019, 09:15 Azərbaycan adından qrant alan qurumlar hesabat verəcək - QƏRAR 25 Avqust 2019, 09:00 Rusiyada azərbaycanlı bloqer SAXLANILDI 25 Avqust 2019, 00:53 Sumqayıtda iki qrup arasında kütləvi dava 25 Avqust 2019, 00:43 Bakıda avtobus iki piyadanı vurdu 25 Avqust 2019, 00:28 Zeynəbin  təhsil haqqı tam ödənildi 25 Avqust 2019, 00:12 Xəzərdə batan 2 nəfər xilas edildi 24 Avqust 2019, 23:57