Modern.az

İtaliya sərt karantin rejimini maya qədər uzatdı

İtaliya sərt karantin rejimini maya qədər uzatdı

28 Mart 2021, 10:28

İtaliya hökuməti pandemiya ilə əlaqədar tətbiq olunan məhdudiyyətlərin müddətini Pasxa bayramından sonra da uzatmaq niyyətindədir.

 

Modern.az xəbər verir ki, hökumət ölkədə epidemioloji vəziyyəti əks etdirən işıqfor sistemində aprelin sonunadək heç bir regionun sarı rəngdə təsvir olunmayacağını elan edib. Bu da İtaliyada karantin qaydalarının yalnız may ayında yumşaldıla biləcəyinə işarədir.

 

İtaliyada koronavirusa yoluxmanın effektiv reproduksiya əmsalı bir həftə ərzində 1,16-dan 1,08-ə düşsə də, ölkənin 20 regionu yoluxma səviyyəsindən asılı olaraq işıqfor sistemində narıncı və ya qırmızı rəngdə olacaq və bu da ən yüksək məhdudiyyətlərin qüvvədə qalacağını göstərir.

 

Qeyd edilib ki, Pasxa bayramının qeyd ediləcəyi 3-6 aprel tarixlərində isə bütün İtaliya ərazisində qırmızı rəng rejimi tətbiq olunacaq. Bu isə ictimai həyatın maksimum məhdudlaşdırılması, qastronomiya və əksər ticarət obyektlərinin bağlı olacağı anlamına gəlir.

 

İtaliya Ali Səhiyyə İnstitutunun rəhbəri Silvio Brusaferro mətbuata verdiyi açıqlamada tətbiq olunan məhdudiyyətlərin artıq nəticə verdiyini və yoluxma qövsünün artım tempinin azaldığını bildirib. O, eyni zamanda yeni yoluxmaların azalması ilə sabitləşmənin ilk siqnallarının da müşahidə olunduğunu qeyd edib.

 

İtaliya hökuməti səhiyyə sistemində çalışanlar arasında peyvənd vurdurmaqdan boyun qaçıranlara qarşı tədbirlər görməyə hazırlaşır. Baş nazir Mario Draqi bildirib ki, İtaliyada peyvənd icbari deyil, lakin səhiyyə sistemində çalışan və peyvənd vurdurmaqdan imtina edən şəxslərin pasiyentlərlə ünsiyyətdə olması yolverilməzdir. Ona görə də hazırda tibbi heyət tərkibində peyvənddən imtina edənlərin ya pasiyentlərlə ünsiyyət tələb olunmayan yerlərdə çalışması və ya xidməti fəaliyyətinin dondurulması təklif olunur. Qeyd edilib ki, ölkədə səhiyyə sistemində çalışanların 75 faizi, ahıllar evlərinin sakinlərinin isə 70 faizi artıq koronavirusa qarşı peyvənd olunublar.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir