Modern.az

Zərif Tacikistana gedir  

Zərif Tacikistana gedir  

28 Mart 2021, 15:34

İran Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif xarici işlər nazirlərinin "Asiyanın Qəlbi - İstanbul Prosesi" konfransında iştirak etmək üçün Tacikistana gedəcək.

 

Modern.az bildirir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə məlumat verib.

 

Xarici işlər nazirlərinin görüşü 29-30 mart tarixlərində keçiriləcək.

 

Xətibzadə Twitter-də yazıb ki, ortaq tarixi və mədəni irs, iki xalq arasında eyni dildə əlaqə yaradıb.

 

Qeyd edək ki, “Asiyanın Qəlbi - İstanbul Prosesi” Əfqanıstan ilə Türkiyə arasında 2011-ci ildə başladılan regional bir təşəbbüsdür. Bu format, Əfqanıstanda və bütövlükdə bölgədə sabitlik, sülh və firavanlığı təşviq etmək üçün siyasi dialoq və regional əməkdaşlıq üçün bir platforma hesab edilir.

 

"İstanbul Prosesi" nin iştirakçıları Əfqanıstan, Azərbaycan, Çin, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Rusiya, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkiyə, Türkmənistan və Birləşmiş Ərəb Əmirlikləridir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir