Modern.az

Tramp Meksika ilə sərhədə gedəcək

Tramp Meksika ilə sərhədə gedəcək

28 Mart 2021, 15:51

ABŞ-ın sabiq prezidenti Donald Tramp yaxın həftələrdə dövlət başçısı olduğu dövrdə sədd çəkdirməyə başladığı ABŞ-ın Meksika ilə sərhədinə baş çəkməyi planlaşdırır.

 

Modern.az bildirir ki, bu barədə "Fox News"a Tramp özü məlumat verib.

 

Onun sözlərinə görə, sərhəd səfərini lazımlı hesab etmir, lakin sərhədçilər və ABŞ immiqrasiya və gömrük polisinə dəstək məqsədilə bunu edəcək. Tramp əlavə edib ki, bu insanların liderə ehtiyacı var.

 

O qeyd edib ki, səfər "yaxın bir neçə həftə ərzində" baş tuta bilər: “Biz burada danışdığımız vaxt minlərlə insan Meksikadan bibaşa ABŞ-a gəlir. Bu, ölkəmizi məhv edəcək”.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi