Modern.az

İraq Türkmən Cəbhəsinə yeni başqan seçildi

İraq Türkmən Cəbhəsinə yeni başqan seçildi

28 Mart 2021, 19:57

Bütöv Azərbaycan Ocaqları İnformasiya Xidmətinin Modern.az-a verdiyi xəbərə görə, Ərşad Salihinin İraq Türkmən Cəbhəsi (İTC) başqanlığından istefa etdiyi və başqanlıq vəzifəsinin İTC başqanının müavini Həsən Turana verildiyi bildirildi.

 

Ərşad Salihi 28 mart 2021-ci il tarixində Kərkükdə İTC İdarə Heyəti üzvləri ilə fövqəladə toplantı keçirib.

 

Kərkükdə keçirilən iclasda İraqın siyasi vəziyyəti müzakirə edilərkən, İTC rəhbər heyətində dəyişikliklər edilməsi və gənclərin bu sahədə  yollarının açılması qərara alınıb.

 

İTC-nin verdiyi rəsmi açıqlamada İdarə Heyəti iclasında alınan qərarla daha əvvəl İTC başqanının müavini vəzifəsini icra edən Həsən Turanın başqan, Hişam Bayraktarın və Haysem Muhtaroğlunun başqan müavinləri seçildiyi bildirilib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır