Modern.az

Ermənistanın eks-prezidentləri Paşinyana qarşı BİRLƏŞİR

Ermənistanın eks-prezidentləri Paşinyana qarşı BİRLƏŞİR

Dünya

29 Mart 2021, 10:02

Ermənistanın eks-prezidentləri Levon Ter-Petrosyan, Robert Koçaryan və Serj Sarkisyan növbədənkənar parlament seçkilərinə birgə gedə bilər.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bir neçə gün öncə Yerevanda görüşən liderlər Qarabağ separatçılarının eks-liderləri Bako Saakyan və Arkadi Qukasyanla da müzakirə aparıblar.

“Bütün eks-prezidentlər Paşinyanın yeni seçkilərdə qələbəsinin Ermənistanın gələcəyi üçün təhlükə olacağı qənaətindədir. Bundan başqa, seçkilərə ayrı-ayrılıqda gediləcəyi təqdirdə eks-prezidentlərin siyasi hərəkatlarının qələbə şansının minimum olduğu da başa düşülür”- deyə mənbə açıqlama verib.

 

Ter-Petrosyan, Koçaryan və Sarkisyanın ittifaq quraraq seçkilərə birgə getməsi müzakirə mövzusudur.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır