Modern.az

Daha 27 qazimiz Türkiyəyə müalicəyə göndərildi - FOTO

Daha 27 qazimiz Türkiyəyə müalicəyə göndərildi - FOTO

Aktual

29 Mart 2021, 10:28

Ağır yaralanan daha 27 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.

 

“ASAN xidmət”dən Modern.az-a verilən məlumata görə, “YAŞAT” Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.

 

“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

 

Qeyd edək ki, Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

 

Xatırladaq ki, Fond tərəfindən bundan öncə   24 qazimiz müalicə üçün Türkiyəyə göndərilmişdi. Onlardan 4-ünün müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi