Modern.az

Dünya Xocalı soyqırımına siyasi qiymət verib - Tural Gəncəliyev

Dünya Xocalı soyqırımına siyasi qiymət verib - Tural Gəncəliyev

29 Mart 2021, 11:04

“İstər Xocalı soyqırımı, istərsə də 31 mart - Azərbaycanlıların soyqırımı ilə bağlı dünya ölkələri Azərbaycanı dəstəkləyən bəyanatlar verib. Bununla da məsələyə siyasi qiymət verilib”

 

Modern.az xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə “Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyinin sədri Tural Gəncəliyev deyib.

 

İcma sədri bildirib ki, məsələyə beynəlxalq hüquq kontekstində buna qiymət verilməsi qalıb:

 

“Ermənistan dövləti və vaxtilə onun başında durmuş Sarkisyan və Koçaryanın əli azərbaycanlıların qanına batıb. Birinci Dünya müharibəsindən sonra konkret şəxslərin məsuliyyətə cəlb edilməsi təcrübəsini biz görmüşük. İkinci Dünya müharibəsində isə konkret şəxslərin konkret şəkildə məsuliyyətə cəlb edilməsinin şahidi olduq. Keçmişdə baş vermiş Ermənistan-Azərbaycan münaqişəsində törədilən cinayətlər də buna aid edilməlidir”

 

Sədr onu da əlavə edib ki, Xocalı soyqrımı Ermənistan-Azərbaycan münaqişəsi çərçivəsində baş vermiş ən qanlı hadisədir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı