Modern.az

Nizami Səfərov: “Beynəlxalq səviyyədə soyqırım törədənlərə dəstək verirlər” 

Nizami Səfərov: “Beynəlxalq səviyyədə soyqırım törədənlərə dəstək verirlər” 

29 Mart 2021, 11:42

Milli Məclisin deputatı Nizami Səfərov  Dağlıq Qarabağın Azərbaycanlı İcmasında bu gün keçirilən brifinqdə  soyqırım siyasətindən danışarkən beynəlxalq hüquq klonteksində məsələyə toxunmaq istədiyini bildirib.

 

Modern.az xəbər verir ki, deputat  bu məsələyə həm siyasi, həm də hüquqi qiymət verilməsi mühüm əhəmiyyət kəsb edir:

 

“Ölkə başçısı dəfələrlə qeyd edib ki, ermənilər Azərbaycan xalqına qarşı silsilə beynəlxalq tədbir törədib. Soyqırım siyasəti, insanlı əleyhinə və müharibə cinayəti. Çox zaman soyqırım qətliam kimi qeyd olunur. Burada mühüm hüquqi məqam var. Qətliam öz-özlüyündə soyqırımı ifadə etmir. Əgər dini, milli etnik qrupun mümayəndələrinin məhv etmək niyyəti varsa, bu zaman soyqırım törədirlər”

 

Nizami Səfərov beynəlxalq ictimaiyyətin soyqırım siyasətinə yanaşmasından da söz açıb:

 

“Beynəlxalıq səviyyədə ikili standartlar baş alıb gedir. Soyqırım məsələsində bizimlə əmkdaşlıq etməyə can atmırlar. Soyqırım cinayətini ört- basdır edirlər. Soyqırım törədənlərə dəstək verirlər. Halbuki soyqırım cinayəti beynəlxalq məsuliyyətdir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir