Türkiyənin burundan tətbiq edilən sprey-peyvəndin yaradılması üzrə çalışmalar davam edir.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyənin Sənayə və Texnologiya naziri Mustafa Varank peyvənd üzərində işlərin davam etdiyini deyib:
“Burundan tətbiq olunan peyvənd virusun insanlara yoluxma yolunu izlədiyindən, bu texnologiyanın virusla daha təsirli bir şəkildə mübarizə aparacağı proqnozlaşdırılır”.
Qeyd edək ki, bütün klinik mərhələlər tamamlanandan sonra yeni sprey-peyvəndin il ərzində istifadəyə veriləcəyi gözlənilir.
Fidan İlqarqızı