Modern.az

Nazirlik ərəblərin qanunsuz əməlləri ilə bağlı araşdırmalara BAŞLADI

Nazirlik ərəblərin qanunsuz əməlləri ilə bağlı araşdırmalara BAŞLADI

Aktual

30 Mart 2021, 18:28

Sosial şəbəkələrdə əcnəbi turistlərin qanunsuz davranışları ilə bağlı vəzifə səhlənkarlığına yol verən şəxslərlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) işçi qrup yaradılıb və xidməti araşdırmalar başlanılıb.

 

Modern.az-ın məlumatına görə, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Bəhruz Məhəmmədov “Ekspert saatı”nda çıxışı zamanı deyib.

 

O qeyd edib ki, hazırda bu işlər davam edir: “Bununla bağlı hər hansı əməkdaşın qanun pozuntusuna yol verdiyi aşkar olunarsa, onlarla bağlı ciddi tədbirlər görüləcək və bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə