Modern.az

Vaksindən sonra koronavirusa yoluxan hüquq müdafiəçisindən AÇIQLAMA

Vaksindən sonra koronavirusa yoluxan hüquq müdafiəçisindən AÇIQLAMA

Aktual

30 Mart 2021, 20:31

Tanınmış hüquq müdafiəçisi Sahib Mammadov səhhəti ilə bağlı açıqlama yayıb.

 

Modern.az açıqlamanı olduğu kimi təqdim edir:

 

"Əziz dostlar, kolleqalar. İlk növbədə mənim səhhətimlə maraqlanan, narahatlıq keçirən, əlindən gələn dəstəyi göstərən bütün şəxslərə təşəkkür edirəm.

Hər birinizə minnətdarlıq borcum var.


Mən 15 mart tarixindən intensiv müalicə aldığım Bakı Sağlamlıq Mərkəzini tərk etdim.Yumşaq desək çətin müalicə prosesi keçdim və indi də davam edir. Amma müalicəmi bundan sonra evdə davam etdirəcəm. Buna iki səbəb var. Birincisi, səhhətimdə nisbi yaxşılaşmadır. Yoluxma nəticəsində yan xəstəliklərin nəticəsi olaraq hələ uzun müddət bərpa prosesi keçməliyəm. Hətta danışanda belə yoruluram deyə hələlik zənglərinizə də cavab verə bilmirəm.

 

İkinci səbəb, xəstəxanada yerlərin dolması idi. Xəstəxanlara çox ağır xəstələr gəlir. Bəlkə bu yeni mutasiyadır. Hər halda mən bir palatanı boşaltmaqla həm də yeni xəstələrin qəbul olunmasına imkan yaratdım. Tibbi personal ciddi və ağır yük altındadır. Mən ilk növbədə həkimlərin və aşağı tibbi heyətin əziyyətini qeyd etmək istəyirəm. Onlar çox əziyyət çəkir. Dövlət tərəfindən bütün tibbi ləvazimat, dərmanlarla təminat yüksək səviyyədədir.

 

Vəziyyətin acınacaqlı olmasını nəzərə alın. Saya fikir verməyin. O test sayından asılıdır. Hazırda yoluxma dekabr ayının pik vaxtına yaxındır. Hər 100 testə təxminən 20 yoluxan. Bu çoxdur. Özünüzü və yaxınlarınızı qoruyun. Yoluxan xəstə var ki, bir aydır nəticəsi neqativdir, amma onu hələ də süni nəfəs aparatından ayırmaq mümkün deyil.

 

Mənim kimi heç kəs özünü qoruya bilməyəcək. Təəssüf faydası olmadı. Amma cəhd edin. Alternativ yoxdur. Mən birinci vaksini qəbul edəndən 24 gün sonra yoluxdum. Yoluxan andan müalicəyə başlayın. Bu xəstəliyə yoluxan “mən artıq yaxşıyam” deyə bilmir. Normal vəziyyətdə olan biri bir saat sonra artıq reanimasiyada ola bilər. Hər birinizə sağlamlıq arzu edirəm".

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı