Modern.az

Paytaxtda iki maşın toqquşdu - xəsarət alanlar var

Paytaxtda iki maşın toqquşdu - xəsarət alanlar var

Aktual

30 Mart 2021, 21:38

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.

 

İki avtomobilin toqquşması nəticəsində 1979-cu il təvəllüdlü Abdullayeva Nigar Əyyar qızı və 2009-cu il təvəllüdlü Abdullazadə Ruslan Ramin oğlu xəsarət alıb.

 

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. N.Abdullayevaya döş qəfəsinin, R.Abdullazadəyə isə sağ baldırın əziyi diaqnozları qoyulub (report).

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə