Modern.az

Fransa həkimlərindən həyacan təbili: yoluxma sayı baş gicəlləndirəcək

Fransa həkimlərindən həyacan təbili: yoluxma sayı baş gicəlləndirəcək

Aktual

30 Mart 2021, 22:37

Tam qapalı karantin rejimi tətbiq olunması aprelin 8-ə saxlanılarsa, yenidən başgicəlləndirici rəqəmlərlə üzləşəcək, tələbata cavab verə bilməyəcəyik. Reanimasiyada ən çox fayda verəcəyini düşündüyümüz xəstələri qəbul edəcəyik. Bəs digər xəstələr? Mütəxəssis, reanimasiya şöbəsinin həkimləri kimi belə son dərəcə ağır sanitar vəziyyətlə bağlı məsuliyyəti üzərimizə götürmək istəmirik.

 

Modern.az xəbər verir ki, bu fikirləri Fransanın Sen Antuan xəstəxanasının reanimasiya şöbəsinin müdiri yerli televiziya kanalına müsahibəsində deyib. Bildirib ki, tam qapalı karantin rejiminin aprelin 12-də tətbiq edilməsinə başlanılarsa, pik vəziyyət ötən ilin aprelin 12-dəki səviyyədə olacaq. Xəstəxanalarda reanimasiya şöbələrindən əlavə digər palatalar da oksigen vasitələri ilə təmin olsa belə, xəstə seçimi etməyə məcbur olacaqlarını həkimlər bilir.

 

Qeyd edib ki, yanvar ayından siyasi qərarlar qəbul edilir, səhiyyə sahəsində alimlərin fikri nəzərə alınmır. Qəbul edilmiş siyasi qərarlar sanitar vəziyyətin tələblərinə uyğun gəlmir. Reanimoloq planlaşdırılmış cərrahiyyə əməliyyatlarının təxirə salınmasının da düz qərar olmadığını diqqətə çatdırıb. Vurğulayıb ki, xərçəng xəstəsinin cərrahiyyə əməliyyatını saxlayıb, ona kimyaterapiya edilməsi yaxşı hal deyil.

 

Paris AP-HP xəstəxanasında keçirilən böhran iclasdan sonra sanitar vəziyyətin getdikcə daha kəskinləşdiyi qeyd edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə