Modern.az

Polis Balakəndə əməliyyat keçirdi

Polis Balakəndə əməliyyat keçirdi

Aktual

31 Mart 2021, 10:20

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsinin qarşısı alınıb.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, əldə edilən məlumat əsasında keçirilən əməliyyat zamanı rayonun Gərəkli kənd sakini Ramazan Maqamedov tutulub.

 

Onun üzərində şəxsi axtarış aparılan zaman 24 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Davam etdirilən əməliyyat tədbirləri ilə R.Maqamedovun Mahamalar kəndindəki evinə də baxış keçirilib və oradan sellofan torbada 4 kiloqram qurudulmuş marixuana aşkarlanıb.

 

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə