Modern.az

Paytaxtda və regionlarda Üzeyir Hacıbəylinin ad günü qeyd olunacaq

Paytaxtda və regionlarda Üzeyir Hacıbəylinin ad günü qeyd olunacaq

14 Sentyabr 2009, 16:03

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 17-dən 25-dək Azərbaycanda Beynəlxalq musiqi həftəsi keçiriləcək. Nazirlikdən Modern.az-a verilən məlumata görə, festival çərçivəsində ilk tədbir sentyabrın 17-də görkəmli bəstəkarlar Niyazinin ev-muzeyinin 15 illiyinə və Zülfüqar Hacıbəyovun anadan olmasının 125 illiyinə həsr ediləcək. Ardınca M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Meksikadan dəvət edilmiş tanınmış dirijor Enriki Batisin dirijorluğu ilə konsert olacaq. Ayın 18-də həm paytaxtda, həm də regionlarda dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü münasibətilə silsilə tədbirlərə start veriləcək. Bəstəkarın adını daşıyan Bakı Musiqi Akademiyasının qarşısında böyük konsert proqramı olacaq. M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında “Üzeyir Hacıbəyli və biblioqrafiya” kitabının təqdimat mərasimi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində isə TÜRKSOY çərçivəsində dahi bəstəkarın “Koroğlu” operasının nümayiş etdirilməsi də nəzərdə tutulub. Beynəlxalq musiqi festivalı çərçivəsində “Aşıq Qərib” operasının nümayişi, tarzən Əhsən Dadaşovun 85 illik yubileyinin keçirilməsi və Mir Möhsün Nəvvaba həsr olunmuş tədbirin təşkili də planlaşdırılıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir