Modern.az

Sabah Bakıda bu marşrut xətlərinin hərəkət sxemi dəyişdiriləcək

Sabah Bakıda bu marşrut xətlərinin hərəkət sxemi dəyişdiriləcək

Aktual

31 Mart 2021, 12:33

1 aprel 2021-ci ildə aparılacaq təmir-bərpa işləri ilə əlaqədar olaraq Xudu Məmmədov küçəsinin Vunqtau küçəsinin kəsişməsindən İlqar Zülfüqarov küçəsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.

 

Bakı Nəqliyyat Agentliyindən (BNA) Modern.az-a verilən məlumata görə. bu səbəbdən M1, M2, M6 və 104 nömrəli marşrutların hərəkət sxemləri aşağıda göstərilən qaydada müvəqqəti təşkil ediləcək:

 

“M1, M2, M6 nömrəli ekspres marşrut üzrə avtobuslar “Həzi Aslanov “ metro stansiyası istiqamətində Ukrayna dairəsi – Məhəmməd Hadi küçəsindən geriyə dönmə manevri etməklə, daha sonra öz hərəkət sxemi üzrə;

 

104 nömrəli müntəzəm marşrut üzrə avtobuslar “Həzi Aslanov “ metro stansiyası istiqamətində Gəncə prospekti – Vunqtau küçəsi - Ukrayna dairəsi – Məhəmməd Hadi küçəsi geriyə dönmə manevri etməklə daha sonra öz sxemi üzrə hərəkət edəcək”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...