Modern.az

Daha 7 koronaviruslu xəstəsi ictimai yerlərdə SAXLANILDI

Daha 7 koronaviruslu xəstəsi ictimai yerlərdə SAXLANILDI

Aktual

31 Mart 2021, 12:50

Martın 30-da polis əməkdaşları tərəfindən respublika ərazisində 7 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, həmin şəxslərə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, onların yaşayış yerlərini tərk etdikləri müəyyən olunub. 

Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən Bakı şəhər sakini B.Məmmədova, Qax rayon sakini V.Canaşvili və Gədəbəy rayon sakini İ.Mirzəliyev barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Digər vətəndaşlar barəsində araşdırmalar davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır