Modern.az

Gürcüstanı qarışdıran teleaparıcı Tbilisini TƏRK ETDİ

Gürcüstanı qarışdıran teleaparıcı Tbilisini TƏRK ETDİ

1 Aprel 2021, 10:18

Məşhur rusiyalı jurnalist Vladimir Pozner Tbilisini tərk edib.

 

Modern.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, ad gününü keçirmək üçün Tbilisiyə gələn jurnalist kütləvi etirazlarla üzləşib. Etirazçılar Abxaziya və Cənubi Osetiyanı Gürcüstan ərazisi saymayan Poznerin Tbilisidə istirahət etmək hüququnun olmadığını bildiriblər. Ötən gecə onlar jurnalistin qaldığı mehmanxananı yumurta atəşinə tutublar.

Vladimir Poznerin aprelin 3-nə qədər şəhərdə qalmağı planlaşdırdığı lakin etirazlar fonunda bu gün səhər şəhəri tərk etdiyi açıqlanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı