Modern.az

“Taksi sürücülərinin qiymətləri artırması qanunazidd deyil” - Nuridə Allahyarova

“Taksi sürücülərinin qiymətləri artırması qanunazidd deyil” - Nuridə Allahyarova

Aktual

1 Aprel 2021, 12:12

“Taksi sürücülərinin mövsümə və dəyişən tələb-təklifə uyğun şəkildə qiymətləri artırıb azaltması qanunazidd əməl sayılmır”.

 

Modern.az xəbər verir ki, bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bayram günlərində taksilərdə qiymət artımı ilə bağlı məsələyə sosial şəbəkə hesabında münasibətində bildirib.

 

N.Allahyarova qeyd edib ki, qanunvericilikdə taksilərlə bağlı hər hansı vahid tarif standartı mövcud deyil:

 

“Bu, xidmət bazarına uyğun şəkildə fərdi və ya hüquqi şəxsin özü tərəfindən tənzimlənir. Ancaq Dövlət Avtomobil Nəqliyyatı Xidməti olaraq mütəmadi şəkildə taksi sürücülərinə şifahi xəbərdarlıq edirik və tətbiq ediləcək qiymətlərin istehlakçının ödəmə qabiliyyətinə uyğun olmasını nəzərə almalarını tövsiyə edirik”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub