Modern.az

İlham Əliyev Selçuk Bayraktara “Qarabağ” ordeni verib

İlham Əliyev Selçuk Bayraktara “Qarabağ” ordeni verib

1 Aprel 2021, 14:58

Bakıda səfərdə olan Selçuk Bayraktar Prezident İlham Əliyevlə olan fotosunu "Twitter"də paylaşıb.

Modern.az xəbər verir ki, “Bayraktar TB2” pilotsuz uçuş aparatının yaradıcı yazıb:

"Atam Özdemir Bayraktar vəə böyük qardaşım Haluk Bayraktar ilə birlikdə Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən "Qarabağ" ordeninə layiq görülməkdən böyük şərəf və qürur duyuruq".

Prezident İlham Əliyev Selcuk Bayraktara orden verib və mükafatlandırıb.

Selçuk Bayraktar isə Prezident İlham Əliyevə xüsusi gödəkcə hədiyyə edib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 1-də Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarı və “ASELSAN” şirkətinin idarə heyətinin rəhbəri və baş direktoru Haluk Görgünü qəbul edib.

Qeyd edək ki, Azərbaycan Ordusu 2020-ci ilin 27 sentyabr - 10 noyabr tarixləri arasında apardığı Vətən müharibəsi zamanı Selçuk Bayraktarın yaratdığı “Bayraktar TB2” pilotsuz uçuş aparatından (PUA) geniş istifadə etməklə işğalçı erməni qüvvələrinə sarsıdıcı zərbələr vurub.

Selçuk Bayraktar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkənidir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!