Modern.az

Azərbaycanda aktiv xəstə sayı 20 mini ötdü - daha 2248 nəfər virusa yoluxdu

Azərbaycanda aktiv xəstə sayı 20 mini ötdü - daha 2248 nəfər virusa yoluxdu

Hadisə

1 Aprel 2021, 18:33

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2248 yeni yoluxma faktı qeydə alınıb, 860 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 26 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 263961 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 238985 nəfər müalicə olunaraq sağalıb, 3593 nəfər vəfat edib, aktiv xəstə sayı 21383 nəfərdir.

 

Ölkədə son sutka ərzində 14375, hazırkı dövrədək isə 2888033 test aparılıb.

 

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır