Modern.az

Azad olunmuş rayonlarda 1 731 hektar ərazi tam minadan təmizlənib

Azad olunmuş rayonlarda 1 731 hektar ərazi tam minadan təmizlənib

Aktual

2 Aprel 2021, 10:05

“27 sentyabrdan bu günə qədər Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən keçmiş cəbhəboyu ərazilərdə əməliyyat axtarış tədbirləri davam etdirilir. Ümumilikdə bu günə qədər 1731 ha ərazi tam olaraq təmizlənib”.

 

Modern.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ANAMA-nın operativ qərargahının rəisi İdris İsmayılov deyib.

 

O bildirib ki, ərazilərdə 1737 ədəd partlamamış hərbi-sursat və mina aşkar edilərək zərərsizləşdirilib:

 

“Əməliyyat axtarış tədbirləri Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı, Ağdam, Xocavənd istiqamətlərində aparılıb. Axtarışlar Şuşa şəhərində də davam etdirilir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır