Modern.az

Şabranda 10 yaşlı uşağın üstünə hasar aşıb

Şabranda 10 yaşlı uşağın üstünə hasar aşıb

Aktual

2 Aprel 2021, 10:10

Aprelin 1-də saat 14 radələrində Şabran şəhəri, M.Əsədov küçəsində 2010-cu il təvəllüdlü Məmmədov Fəqan Ruslan oğlunun üzərinə hasar aşması nəticəsində xəsarətlər alması və aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Şabran rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, Fəqan Məmmədov, əmisi oğlu 2011-ci il təvəllüdlü Məmmədov Pənah Zaur oğlu və qonşusu 2007-ci il təvəllüdlü Məmmədov İlkin Mahir oğlu ilə evlərinin yaxınlığında oynadıqları zaman güclü küləyin təsirindən qonşuluqda yerləşən evin daş hasarı üzərlərinə aşıb. Hadisə nəticəsində Fəqan Məmmədov aldığı xəsarətlərdən ölüb, digərləri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Faktla bağlı Şabran rayon prokurorluğunda araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir