Modern.az

Fazil Mustafa Orduda baş vermiş neqativ hadisələrdən DANIŞDI

Fazil Mustafa Orduda baş vermiş neqativ hadisələrdən DANIŞDI

Aktual

2 Aprel 2021, 11:24

"Aprel döyüşlərindən sonra orduda bir sıra neqativ halların baş verməsi, bir neçə insanın qanunsuz olaraq istintaqa cəlb edilməsi sosial şəbəkələrdə müzakirə olunur. Dövləti sevməyən insanlar indi bunu dövlətə qarşı ittiham kimi səsləndirirlər".

 

Modern.az xəbər verir ki, bunu parlametin iclasında deputat Fazil Mustafa bildirib.

 

O bu məsələlərə dövlət orqanlarının nəzarət etməli olduğunu deyib:

 

"Aidiyyəti qurumlar bunu araşdırmalıdır. Dövləti ittiham etmək olmaz. Ordu müqəddəsdir. Bu müqəddəsliyi qoruyub saxlamaq və sağlam mühit yaratmaq lazımdır. Dünən ölkə başçısı Səlcuk Bayraktarı qəbul edib. Anasının südü ona halaldır".

 

Fazil Mustafa Türk Şurasının Zirvə görüşünün yüksək qiymətləndirdiyini də qeyd edib:


"Hesab edirəm ki, ortaq əlifba modelini yaratmağa  çalışmalıyıq. Ən azından Özbəkistan kimi bunu etmək olar".

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi