Modern.az

Əlillik təyinatında PROBLEM: Nazirlik 80 min müraciətin 30 faizinə müsbət cavab verib 

Əlillik təyinatında PROBLEM: Nazirlik 80 min müraciətin 30 faizinə müsbət cavab verib 

2 Aprel 2021, 12:10

“2020-ci ildə əlilliyin qiymətləndirilməsi üçün sistemə 80 mindən çox müraciət daxil olub və onların 31 faizinə əlilliyin təyinatı aparılıb”.

 

Modern.az-ın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Cavid Əbdül-Qədirov “Sosial saat”da deyib.

 

Onun sözlərinə görə, əlilliyin təyinatı ilə bağlı vətəndaşlar tərəfindən edilən şikayətlərin sayı az deyil.

 

Agentlik sədri deyib ki, göndərişdə stasionar, ambulator, diaqnostik müalicə ilə bağlı qeyd edilməyən məsələlər varsa, qiymətləndirmə zamanı ya natamam, ya da imtina cavabı verilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır