Modern.az

Kremldən Şuşaya “İsgəndər” raketlərinin atılması xəbərinə REAKSİYA

Kremldən Şuşaya “İsgəndər” raketlərinin atılması xəbərinə REAKSİYA

Dünya

2 Aprel 2021, 14:15

Rusiya rəsmiləri Azərbaycanın erməni işğalından azad edilmiş Şuşa şəhərində “İsgəndər” raketlərinin qalıqlarının tapılmasına reaksiya verib.

 

Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov raketlərin Qarabağda tətbiq olunmasını təkzib edib.

"“İsgəndər” raketləri Qarabağda tətbiq olunmayıb və bu təsdiqlənib”- deyə Peskov bildirib.

 

Putinin mətbuat katibi Ermənistanın baş naziri Nikol Paşinyanın Moskva səfəri zamanı Qarabağla bağlı üçtərəfli razılaşmaların müzakirə olunacağını və bu ölkədə iyunun 20-də baş tutacaq növbədənkənar seçkilərdən söhbət açılacağını da təsdiqləyib.

Xatırladaq ki, “İsgəndər” raketlərinin Şuşada tətbiq olunduğu barədə xəbəri Azərbaycanın Minalardan Təmizlənməsi üzrə Milli Agentlik yaymışdı.

Twitter
Sizə yeni tvit var
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar