Modern.az

Azərbaycanla Pakistanın əməkdaşlıq sazişi təsdiqləndi

Azərbaycanla Pakistanın əməkdaşlıq sazişi təsdiqləndi

2 Aprel 2021, 15:20

Milli Məclisin  bu gün keçirilən plenar iclasında "Azərbaycan  Hökuməti ilə Pakistan Hökuməti arasında fövqəladə halların nəticələrinin qarşısının alınması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında" 2021-ci il yanvarın 13-də İslamabad şəhərində imzalanmış Saziş təsdiq edilib. 

 

Modern.az-ın xəbərinə görə, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, Pakistan bizim üçün dost qardaş ölkədir:



“Bu günə qədər də Pakistan Ermənistanla əlaqələr qurmayıb. 44 günlük Vətən müharibəsində və Tovuz hadisələrində də Azərbaycanın mövqeyini dəstəkləyib”.

 

Deputat  Fəzail Ağamalı isə təklif edib ki, bu ölkəyə qarşılıqlı səfərlərimiz tez-tez təşkil edilməlidir ki, xalqlarımız arasında əlaqələr daha da genişləndirilsin.

 

Spiker Sahibə Qafarova deputata cavab olaraq bildirib ki, bu yaxınlarda qarşılıqlı səfər olmalı idi:

 

“Ancaq pandemiya səbəbindən Pakistan imtina etdi”.

 

Deputat Siyavuş Novruzov isə  heç kimdən çəkinmədən Pakistanla hərbi sazişin imzalanmalı olduğunu bildirib:

 

“Biz Pakistanın bizə necə dost qardaş ölkə olduğunu görmüşük. Ona görə də bu ölkəylə hərbi sazişimiz də olmalıdır”.

 

Sədr Sahibə Qafarova isə Pakistanla Azərbaycan arasındakı qarşılıqlı əlaqələrdən söz açaraq həmçinin parlament səviyyəsində də səfərlərin əhəmiyyətinin vacibliyi vurğulanıb:

 

"Pakistanda bu yaxınlarda İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının iclası olmalı idi. Fikirləşirdik ki, böyük nümayəndə heyəti ilə həmin iclasa qatılaq. Lakin pandemiya səbəbindən iclas təxirə salındı. Eyni zamanda, 44 günlük Vətən müharibəsi dövründə Pakistanın parlament spikeri ilə iki dəfə telefon danışığı olub. Pandemiya dövrü başa çatandan sonra isə səfər edəcəyimiz ilk ölkələrdən biri Pakistan olacaq"

 

Sonda saziş səsə qoyularaq qəbul edilib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?