Modern.az

“Şəhid adının əbədiləşdirilməsi ilə bağlı problemlər qalmaqdadır” - Deputat

“Şəhid adının əbədiləşdirilməsi ilə bağlı problemlər qalmaqdadır” - Deputat

2 Aprel 2021, 16:12

"Şəhid, şəhid ailələrinin və veteranlarının reyestrinin aparılması çox mütərəqqi addımdır”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli deyib.

 

Deputat bildirib ki, bu kateqoriyadan olan insanların uzaq bölgələrdən Bakıya gəlməsinə ehtiyac olmamalıdır:

 

“Regional qeydiyyat yaradılmalıdır. Şəhid adının əbədiləşdirilməsi ilə bağlı problemlər qalmaqdadır. Şəhid adının məktəblərə verilməsi ilə bağlı problemlər var. Şəhid ailələrini, məktəbin kollektivini məmnun etmək üçün adların verilməsi qaydasında dəyişiklik edilməlidir. Küçələrə adların verilməsi, şəhid muzeyinin salınması və s. məsələləri sadə vətəndaşlar həll etmək istəyəndə, yerli orqan bunu öz üzərinə götürdüyünü deyir, daha sonra mərkəzi icra orqanının üzərinə atır və yekunda nəticə olmur. Şəhid adlarının əbədiləşdirilməsi məsələsinə yenidən baxılmalıdır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir