Modern.az

Deputat bəzi müharibə iştirakçılarına veteran statusu verilməməsinə ETİRAZ ETDİ

Deputat bəzi müharibə iştirakçılarına veteran statusu verilməməsinə ETİRAZ ETDİ

2 Aprel 2021, 16:25

Deputat Aqil Abbas Vətən müharibəsində könüllü iştirak edənlərə veteran status verilməməsi ilə bağlı məsələyə toxunub.


Modern.az xəbər verir ki, deputat könüllü muharibəyə gedən bəzi şəxslərin veteran vəsiqəsi ala bilməməsinə etiraz edib: 

 

"Könüllülərin əlində hərbi biletlərinin nömrəsi, harada döyüşdükləri  barədə məlumat var. Ancaq onlara  deyirlər ki, “könüllü gəlmisən” və veteranlıq vermirlər. Məsələ 80 manatda deyil. Onlar bildirirlər ki, müharibədə iştirak etdiklərini uşaqlarına da başa salmaq istəyirlər. Nazirlər Kabineti yanında veteranlarla bağlı xüsusi komissiya yaradılıb. Xahiş edirik ki, bu məsələlərə diqqət yetirsinlər”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir