Modern.az

Deputat Ramiz Mehdiyevin fəaliyyətini sərt tənqid etdi - “Özünün qisasçı sistemini AMEA-ya da gətirib”

Deputat Ramiz Mehdiyevin fəaliyyətini sərt tənqid etdi - “Özünün qisasçı sistemini AMEA-ya da gətirib”

2 Aprel 2021, 16:39

Deputat Etibar Əliyev AMEA prezidenti Ramiz Mehdiyevin fəaliyyətini sərt tənqid edib.

 

Modern.az xəbər verir ki, Milli Məclisdə çıxış edən E.Əliyev qeyd edib ki, Ramiz Mehdiyev AMEA-nı özünün istədiyi inzibati bir sistemə çevirib:

 

“Belə ki, Ramiz Mehdiyev özünün qisasçı və inzibatçı iş sistemini AMEA-ya da gətirib. Bununla da əmək qanunvericiliyinin tələblərini kobud sürətdə pozmağa başlayıb. Xüsusilə də Əmək Məcəlləsinin 70-ci maddəsinin C bəndinə əsasən, işçiləri işdən azad edir. Bu yaxınlarda da bir institut direktorunu bu bəndlə işdən çıxarıb. AMEA-da da bu işləri keçmiş bir Rasim Ağasiyev adlı polis işçisinə həvalə edib”.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir