Modern.az

Bacıoğlu dayısını BIÇAQLADI

Bacıoğlu dayısını BIÇAQLADI

Hadisə

2 Aprel 2021, 17:00

Aprelin 2-də saat 13 radələrində Biləsuvar şəhər sakini 1977-ci il təvəllüdlü Hüseynov Vüqar Haxverən oğlunun yaşadığı evdə bıçaqlanaraq öldürülməsi barədə  rayon prokurorluğuna məlumat daxil olub.

 

Biləsuvar rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, zərərçəkmiş şəxsin bacısı oğlu 2005-ci il təvəllüdlü Qubadlı Röyal Şahin oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Vüqar Hüseynovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Röyal Qubadlı şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar