Modern.az

Kapitoli qarşısındakı hadisədə ölənlər var

Kapitoli qarşısındakı hadisədə ölənlər var

Dünya

3 Aprel 2021, 00:49

ABŞ-ın paytaxtı Vaşinqton polisinin rəhbəri Robert Konti bildirib ki, Kapitolinin nəzarət-buraxılış məntəqəsində baş vermis hadisə terrorizmlə bağlı deyil.

 

Modern.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

 

"Bu, terrorizmlə bağlı hadisə deyil, amma biz araşdırmanı davam etdirəcəyik", - Konti mətbuat konfransında bildirib.

 

Vaşinqton polisi rəhbərinin sözlərinə görə, avtomobilin sürücüsünün həlak olmasından sonra hücum təhlükəsinin olduğunu güman etməyə əsas yoxdur. Hadisə zamanı cinayətkardan başqa həmçinin xəsarət almış polis əməkdaşlarından biri də həlak olub.

 

Bu mərhələdə Vaşinqton polisi hücumun motivlərini müəyyənləşdirir.

 

Həmçinin məlum olub ki, Kapitoli ərazisinin bloklanması ləğv edilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır