Modern.az

Bakıda daha bir toy - bu dəfə 63 nəfər CƏRİMƏLƏNDİ

Bakıda daha bir toy - bu dəfə 63 nəfər CƏRİMƏLƏNDİ

3 Aprel 2021, 09:10

Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sanitariya-gigiyena və karantin rejim qaydalarının pozulması ilə müşahidə olunan toy mərasiminin keçirilməsi müəyyən edilib.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat ximətindən Modern.az-a verilən məlumata görə, rayon ərazisində yerləşən şadlıq evlərindən birində profilaktik tədbir keçirilən zaman polislər obyektin sahibi Əhməd Əmiraslanovun dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq insanların kütləvi şəkildə iştirakı ilə müşahidə edilən toy mərasimi təşkil etdiyi müəyyən edilib.

 

Polislər tərəfindən obyektin sahibi, xidməti personal, mərasimin təşkilatçıları və iştirakçıları barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

 

Onlarla profilaktik söhbətlər aparılıb, xüsusi karantin rejim qaydalarına əməl etməyin vacibliyi bir daha diqqətə çatdırılıb.

 

Ümumilikdə toyda iştirak edən 63 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.Toy sahibləri mərasimin təşkilinə şərait yaradan şadlıq sarayının rəhbərliyi barəsidə Xətai RPİ 36-cı Polis Bölməsində araşdırmalar aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi