Modern.az

Qadın qızı və kürəkəni tərəfindən BALTALANDI

Qadın qızı və kürəkəni tərəfindən BALTALANDI

3 Aprel 2021, 11:28

25 mart 2021-ci ildə Binəqədi rayon sakini 1979-cu il təvəllüdlü Baxşəliyeva Qərənfil İlyas qızının itkin düşməsi ilə bağlı Binəqədi rayon Polis idarəsinə məlumat daxil olub.

 

Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərindən Modern.az-a daxil olan birgə məlumata görə, aparılan araşdırma qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlər”lə açılması təmin edilib:

 

"Nəticədə itkin düşmüş Qərənfil Baxşəliyevanın qəsdən öldürülməsi müəyyən edilib. Araşdırmalarla zərərçəkmişin ögey qızı Günay Məmmədova və onun əri Həmzə Verdiyev ilə aralarında şəxsi münasibətlər zəminində mövcud olmuş uzunmüddətli mübahisələr səbəbindən sonuncuların 25 mart 2021-ci ildə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməsi müəyyənləşib. Onların bir qrup şəxs halında birgə yaşadıqları evdə balta ilə çoxsaylı xəsarətlər yetirərək, Qərənfil Baxşəliyevanı qəsdən öldürmələrinə və meyitini Qaradağ rayonu ərazisindəki gölməçəyə atmalarına əsaslı şübhələr yaranıb.

 

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Həmzə Verdiyev və Günay Məmmədova şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər.

 

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, müvafiq ekspertizalar təyin edilmiş, maddi sübutlar götürülmüş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib".

 

Rəsmi məlumata görə, hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?