Modern.az

Rasim Quliyevin ailəsi ittihamları qəbul etmir - Qardaşı: “Apellyasiya şikayəti verəcəyik”

Rasim Quliyevin ailəsi ittihamları qəbul etmir - Qardaşı: “Apellyasiya şikayəti verəcəyik”

3 Aprel 2021, 13:29

Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri Rasim Quliyevin ittiham olunduğu maddələr açıqlanıb.


Bu barədə Modern.az-a R.Quliyevin qardaşı, “Səs” qəzetini baş redaktoru Bəhruz Quliyev məlumat verib.

 

O bildirib ki, qardaşı korrupsiya əməllərinə görə saxlanılmayıb:


“Dünən məsələ qaldırdılar ki, Rasim Quliyevin işlədiyi dövrdə sənədləşmə düzgün aparılmayıb. Cinayət Məcəlləsinin 314-2.3 və 308.2 maddələrilə ittiham edilib. O, sənədləşmə işlərinin düzgün aparılmamasında günahlandırılır. Ümumilikdə bu maddələr korrupsiya və rüşvətxorluqla əlaqəli deyil, sənədləşmə işləridir”.

 

B.Quliyev qərarla razılaşmadıqlarını deyib:


“Qardaşım ittihamları qəbul etmir. Biz apellyasiya şikayəti verəcəyik. Nəzərinizə çatdırım ki, Rasim Quliyev 1988-ci ildən tələbə hərəkatının liderlərindən olub. 1992-ci ildə AXC-Müsavat dövründə qatı Heydər Əliyevçi kimi həbs olunub. 2001-ci ildə Bakı Şəhər İcra Hakimiyyətində Ərazi İdarəetmə Orqanları ilə iş şöbəsinin müdiri, 2012-ci ildən BŞİH-nin Aparat rəhbəri olub. 2018-ci ildə isə rəhbərlik dəyişikliyindən sonra şəxsi istəyilə işdən ayrılıb.

Digər tərəfdən, Rasim hazırda “Resurs” Analitik İnformasiya Mərkəzinin rəhbəridir. Vəzifədən ayrıldıqdan sonra dövlətə, dövlətçiliyə xidmət edir”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?