Modern.az

Ceyhun Bayramov Türkiyənin yeni səfirindən YAZDI

Ceyhun Bayramov Türkiyənin yeni səfirindən YAZDI

3 Aprel 2021, 15:56

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin Azərbaycana yeni təyin olunan səfiri Cahit Bağçıya fəaliyyətində uğurlar arzulayıb.

 

Modern.az-ın məlumatına görə, C. Bayramov Tvitter” səhifəsində yazıb ki, C. Bağçıya bir millət, iki dövlət olan Azərbaycan və Türkiyə arasındakı münasibətlərin daha da genişləndirilməsinə xidmət edəcək şərəfli və məsuliyyətli vəzifəsində müvəffəqiyyətlər arzu edir.

 

Qeyd edək ki, Türkiyə Prezidentinin sərəncamı ilə Cahit Bağçı Türkiyənin Azərbaycandakı səfiri təiyn edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə