Modern.az

Bakıda iki nəfər mənzillərində ölü tapıldı

Bakıda iki nəfər mənzillərində ölü tapıldı

Aktual

3 Aprel 2021, 20:58

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

 

Modern.az xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olub.

 

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1969-cu il təvəllüdlü Məmmədov Əfqan Qazəhməd oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

 

Eyni zamanda, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

 

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1971-ci il təvəllüdlü Əliyev Elçin Əli oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə