Modern.az

İordaniyanın keçmiş vəliəhdi nəzarət altına alındığını təsdiqlədi

İordaniyanın keçmiş vəliəhdi nəzarət altına alındığını təsdiqlədi

4 Aprel 2021, 08:59

İordaniya Haşimilər Krallığının keçmiş vəliəhdi Həmzə ibn Hüseyn televiziya müraciətində dövlət çevrilişində şübhəli bilinərək həbs olunduğunu təsdiqləyib.

 

Modern.az xəbər verir ki, bu barədə məlumatı “BBC” telekanalı yayıb.

 

“Bu səhər təhlükəsizlik xidmətinin rəisi mənə bildirdi ki, iştirak etdiyim görüşlərdə hökumətin və ya kralın hərəkətlərini tənqid etdiyimə görə evi tərk etməyim və küçəyə çıxmağım, insanlarla ünsiyyət qurmağım və internetdən istifadə etməyim qadağan olunub”, - Həmzə ibn Hüseyn belə deyib.

 

Onun sözlərinə görə, hakimiyyəti tənqid etməkdə ittiham olunmur, ancaq ev dustaqlığında saxlanılması rəhbərliyin xəbərdarlığıdır. Bununla belə, Həmzə ibn Hüseyn özünün altı dəqiqəlik videoçıxışının çox hissəsini İordaniya kralı II Abdullanın tənqid olunmasına sərf edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı